26 May 2014 17:37
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli şou-biznesdə “pişik Günel” ləqəbi ilə tanınan Günel Ələkbərova ana olub.

Müğənni Teleqraf.com-a açıqlamasında deyib ki, mayın 24-də səhər saat 9:00 radələrində qız övladı dünyaya gəlib. İlk dəfə ana olan müğənni rəsmi nikaha daxil olmasa da, övladının atası tərəfindən də istəkli olduğunu deyib:

“Qızım Müalicə-Diaqnostika Mərkəzində doğulub. Hazırda hər ikimiz özümüzü yaxşı hiss edirik. Qızıma Məryəm adını qoymuşuq. Onun çəkisi 3 kilo 250 qramdır”.

Müğənni qeyri-rəsmi nikahda yaşadığı şəxsdən övlad dünaya gətirməyinə belə münasibət bildirib:

“Bu mənim şəxsi həyatımdır. Şəxsi həyatımı da gündəmə gətirmirəm. Amma onu deyə bilərəm ki, uşağım halallıqla dünyaya gəlib. İstəmərəm ki, uşağım haqqında kimsə ağzına gələni desin və ya yazsın. Çünki bundan çox qəzəblənə bilərəm. Allaha şükür, uşağımın atası var. Məryəm dünyaya atasının və mənim təşəbbüsümlə gəlib. Çox xoşbəxtik, sevinirik ki, Allah bizə belə bir pay verib”.

G.Ələkbərova uşağının atasının kimliyini sirr saxlayıb:

“O, iş adamıdır, tanınmış sima deyil. 3 ildir ki, bərabərliyimiz var. Onu şou-biznesdə çoxları tanıyır. Bir sıra tədbirlərə bir yerdə getmişik. Onun kim olması vacib deyil, önəmli olan odur ki, qızımın atasıdır. İnşallah, uşağımızın 40-ı çıxandan sonra doğuşdan əvvəl və sonrakı fotosessiyamızı yayımlayacağıq. Sosial şəbəkələrdə -İnstagram-da, Facebook-da atası da, mən də qızımızın şəkillərini yerləşdirəcəyik”.

Aytən Həsənova


Müəllif: