Yaraşıqlılığı ilə gənc qızların ağlını başından alan müğənni Murat Bozun paylaşdığı foto hər kəsi təəccübləndirib.
Müğənninin böyük qardaşı Əli ilə birlikdə çəkilmiş fotosu qısa zamanda bəyənilmə rekordu qırıb. Maraqlıdır ki, Əli qətiyyən Murat Boza oxşamır. Yazıçı olan Əli “Validebağ köşkü” adlı əsərində qardaşı ilə arasındakı fərqə diqqət çəkərək bunları yazıb: “Qardaşlar zidd yaradılıb ki, özündə olmayanı görüb, təcrübə edə bilsinlər deyə...”
Publika.az qardaşların səs-küyə səbəb olan fotosunu təqdim edir: