3 Avqust 2015 22:13
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monako şahzadəsi Pyer Kaziraqi tanınmış milyarder Don Karlo Ferdinando Borromeonun qızı Beatris Borromeonun toyundan olan fotolar yayılıb.

Teleqraf.com xəbər verir ki, Monakoda baş tutan nikah mərasimi üçün Borromeo bənövşəyi Valentino geyimi seçən Beatris ikinci üçün Giorgio Armani Prive-dan klassik krujeva ağ geyim seçib.

Hər iki mərasimdən sonra cütlük parti keçiriblər. Cütlüyü təbrik etmək üçün çoxlu sayda məşhur şəxslər - Monako kral ailəsi, Şarlotta Kaziraqi, Franka Sotsani, Lana Del Rey, Françeska Versace, Covanna Battalya və başqaları mərasimdə iştirak ediblər. Dünya mediası bu toyu "ilin toyu" adlandırıb.

27 yaşlı Pyer və 29 yaşlı Beatris 2008-ci ildə Milanda Luici Bokkoni universitetində təhsil alarkən tanış olublar. Onların nişanı 2014-cü ilin dekabrında baş tutub.

Qeyd edək ki, Pyer Kaziraqi Monako knyazı III Renye ilə knyaqinya Qreys Kellinin qızı şahzadə Karolina Qrimaldinin oğludur.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər