27 Avqust 2015 15:40
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bozbash Pictures” rəhbəri İlkin Həsəni vədinə əməl edərək “Ay Brilliant”ın ardınca yeni filminin çəkilişlərinə başlayıb.


Publika.az açıqlama verən Həsəni çəkiliş üçün artıq İsmayıllıda olduqlarını deyib. Onun sözlərinə görə, filmin çəkilişləri paytaxtda, bölgələrdə və xarici ölkələrin birində aparılacaq.

Həsəni növbəti filmdə yeni heyətlə çalışdıqlarını və tamaşaçının arzuladığı ekran işi ilə onları sevindirəcəklərini bildirib.


“Axırıncı yol” adlanacaq filmin quruluşçu rejissoru Emil Abdullayev, quruluşçu operatoru Rəşad Qarayev, prodüseri isə İlkin Həsənidir.


Filmin ssenari müəllifləri isə Ənvər Abbasov, Samid Ağayev və İlkin Həsəni özüdür.

Onu da öyrəndik ki, filmin aktyor heyəti “Ay Brilliant”da iştirak edənlərdir. Yeni filmə əlavə aktyorlar da cəlb olunub. Lakin yaradıcı heyət dəyişib.


Xatırladaq ki, birinci filmin rejissoru Kənan M.M-dir.


Müəllif:

Oxşar xəbərlər