11 Sentyabr 2015 14:28
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan ilə xalq artisti İlhamə Quliyeva arasında baş verən qalmaqal davam edir.

Əməkdar artisti Teleqraf.com-a İlhamə Quliyevanın səsləndirdiyi fikirlərə yenidən münasibət bildirib: “İlhamə xanım, düz deyib, Elza çaşıb. Elza hələ uşaqlıqdan müdrik, uzaqgörən, saleh, etibarlı, zəhmətkeş, vətənpərvər, cəsarətli, məqsədyönlü, qorxmaz, sədaqətli, böyüyə xidmət, kiçiyə ehtiram göstərən, pis pisi, yaxşını yaxşı görüb. Amma sonucda hər şeyin yaxşı olacağına böyük ümidlə inanan, daima şükür içində yaşayan, dostlarının çətin və yaxşı günündə yanında olan xanım olub və belə də davam edəcək. Bu xüsusiyyətlərlə yanaşı uşaq kimi məsumluğunu heç bir zaman itirməyib. Atalarımızın belə bir sözü var: “Uşaq çaşar düz danışar”. İlhamə xanımdan fərqli olaraq biz hər zaman səmimi və düz danışırıq. İlhamə xanım, yoxsa daxili işlər naziri vəzifəsinə təyin olunub, xəbərimiz yoxdur... Bizi “podval”a salmaqla təhdid etdirir. Onu da deyim ki, İlhamə xanım açıqlamasında qeyd edib ki, “Mən saat 15.00-da millət vəkili seçilmişdim, amma saat 18.00-da bülletenlərimi yandırdılar”. Azərbaycan bütün dünya səviyyəsində demokratik ölkə kimi tanınır və Azərbaycanın seçki qanunvericiliyi var. Seçkilərin şəffaflığı hər zaman gözlənilir. Bu sözü deməklə İlhamə Quliyeva Azərbaycanda keçirilən seçkilərin şəffaflığını , Azərbaycanın qanunvericiliyini şübhə altına qoyur. Bu onun göstəricisidir ki, artıq yaşlı qadındır və nə danışdığını bilmir. Buna görə də ona cavab verməyəcəm. Çox təəssüf edirəm ki, bu məsələdə nəinki mənə mane olmaq istəyir, hətta ümumi seçki prosesimizi böyük şübhə altına qoyur. Bu nə deməkdir ki, saat 3-də seçilmişəm, saat 6-da bülleten yandırılıb!?”.

Elza Seyidcahan onu da qeyd etdi ki, bundan sonra vaxtını seçkilərə ayıracaq: “Seçicilərlə görüşməliyəm. İlhamə xanım istəyir ki, fikrimi yayındırsın. Mənim böyük işlərim də var”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər