14 Sentyabr 2015 14:43
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Sevda Yahyayeva ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Yaşıl Teatr səhnəsində “İtmiş ada” adlı solo konserti ilə çıxış edən müğənni konsertinə gəlməyən insanları bağışlamayacağını bildirib: “Həyatda mənə bir addım atana, 10 addım atıram. İnsan uman yerdən inciyər. Əgər mən onları özümə yaxın bilməsəydim, onların konsertimə gəlməməsi mənə təsir etməzdi. Hər halda oldu və bitdi. Bununla da, mən onlarla danışmamaq qərarına gəldim. Onlar məni istəmirlərsə, mən onları dünəndən istəmirəm. Mən onları saydım, dəvət elədim, gəlmədilərsə gəlməsinlər. Əsas odur ki, mənim ürəyim istəyən şəxslər yanımda idi. Hansı ki, həmin insanlar daima konsertlərimdə, layihələrimdə yanımda olublar. Bax mən buna dostluq deyirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər