18 Sentyabr 2015 23:25
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də Universal Pictures kino şirkətinin çəkdiyi “Everest” filmi prokata çıxır.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, islandiyalı rejissor Baltasara Kormakurun çəkdiyi film dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmək hekayəsidir.

ABŞ, Böyük Britaniya və İslandiya istehsalı olan filmin süjeti real hadisələrdən götürülüb. 1996-cı ilin may ayında Everestdə kütləvi ölüm baş verib. İslandiyalı rejissor Baltasar Kormakur da bu faciəni çox bacarıqla lentə alıb. Ona bu işdə tanınmış aktyorlar Ceyson Klark, Coş Brolin, Con Houks, Emili Uotson, Ceyk Cillenhol, Robin Rayt, Kira Naytli və digərləri yardımçı olublar.

Filmdə bir çox peşəkar alpinistlərin Everesti fəth etməyə çalışmasından bəhs edilir. Rob Holl da onlardan biridir. Rob ən yaxşı dırmananlar və öz pulu hesabına ekspedisiyaya gələnlərdən ibarət komanda yığır. O, komandasının başından bir an belə ayırlmır və onları Everest zirvəsinə qədər aparıb çıxarır. Amma zirvədən geri qayıdanda gözlənilmədən havanın kəskinləşməsi, qar uçqunu, oksigen balonlarının azlığı probemlər yaradır. Bu yürüş faciə ilə nəticələnir, 8 nəfər alpinist dünyasını dəyişir.

Qeyd edək ki, indiyə kimi Everesti fəth etmək istəyən 500 nəfərə yaxın insan bu yolda həlak olub. Amma buna baxmayaraq, yenə də dünyanın ən yüksək nöqtəsi alpinistləri cəzb edir.

Teleqraf.com filmin treylerini təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər