21 Sentyabr 2015 12:48
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yalvarıram" xalq mahnısı xalq artistləri Nisə Qasımova və Brilliant Dadaşovanın münasibətlərini daha da gərginləşdirib.

Teleqraf.com xəbər verir ki, Nisə Qasımova "Onlar"a mahnının ilk ifaçısı olduğunu qeyd edib: "Susmaq olmaz. Kim nə dedi, psixoloji təxribata məruz qoydular, susdum. Bir də ayıldım ki, zaman keçib. Kim nə istəyir onu edir. Çünki alışdılar ki, Nisə danışan deyil. Deyəcəm ki, "Yalvarıram" mahnısının ilk ifaçısı mənəm danışmayacaq. Nə qədər olar? Mənim sağlam ifamı, tərzimi "əndrabadi" bir tərzdə oxuyurlar və deyirlər ki, sənətkaram. Onda gəl öl də! Mahnının birinci, yoxsa beşinci ifaçısıdır, bilmirəm. Mən heç vaxt mahnı qıtlığı yaşamamışam. Ona qalsa, bəstəkar Faiq Sücəddinov mənə mahnılar təqdim edirdi. "Azəriyəm mən" mahnısını mənə təqdim etdi, xoşuma gəldi, amma gördüm ki, mənə görə deyil. Mən bilmirəm, kimsə hansısa bağda mahnı yazıb, kimin qonşuluğunda yazılıb? Xəbərsizəm. Mahnı mənə təqdim edildi və oxudum. Neçə illər keçəndən sonra mahnı duetə çevrildi, onu Brilliant Dadaşova və Samir Bağırov ifa etdi. Mənim bir mahnımı da icazəsiz oxuyub. "Mənim dünyam" adlı disk çıxardırsız. “Mənim dünyam" mahnısını Azərbaycanda ilk dəfə mən oxumuşam. O mahnını da oxumusan, amma "Mənim dünyam" mahnısından əsər-əlamət yoxdur. Nədən oxumusan, bilmirəm? İncimə. Əgər mənim "Yalvarıram" mahnımı gündəmə gətirirsən və deyirsən ki, hansısa dağda mən istiqamətləndirdim, kömək etdim, onu özün üçün saxla! "Mənim dünyam" 1974-cü ildə yazılmışdı. Sözlərini Hafiz Baxış yazıb. Mən istəyirəm adını çəkdiyim həmin adamın mahnılarından birini oxuyum və görsün ki, mahnını hansı emosiya ilə oxuyarlar".

Xalq artist Brilliant Dadaşova ilə münasibətlərindən də danışıb: "Mən təəssüf edirəm ki, zamanında sənə bacı kimi baxmışam. Bizim münasibətimiz olmasa da, Allahım şahiddir ki, sənə bacı kimi baxmışam. Amma sənin o ambisiyan vardı ki, mən bunun yanında əjdaha kimi çıxıram. Heç kim mənim yanımda nə əjdahaya, nə də qurbağaya oxşaya bilməz. Hamımız insanıq və hər birimiz bir çələng gülük. Biz cəmiyyətimizə yararlı bir sənətkar olmağa çalışmalıyıq. Sənətkarlar, sənətkar olaq! Amma mən deyirəm ki, sənətkar deyiləm. Mən bir ifaçıyam. Elə bir ifaçı kimi dövlətimiz şərəf duyduğum fəxri adları verib. Səni həddən artıq çox istəmişəm. Çünki mənim bacım ilə sənin bacının bürcü eynidir. Nə sənin bacının, nə də sənin gözyaşına dözməmişəm. Amma sən neylədin? Kamera olmayanda cici-bacı oldun, dedin, ay səndən yoxdur. Kamera qarşısında isə arxanızı çevirirsiniz. Onsuz da Nisə danışmayacaq axı. Xahiş edirəm ki, bu ədəbləri öyrənin. O ki qaldı baş əymək məsələsinə, mən qarşı tərəfin də etirazını qəbul edirəm. Mən də heç kimin özünün və sənətinin qabağında baş əymirəm, nə də kimsənin mənim və sənətimin önündə baş əyməsini istəmirəm. Allahın və valdeynlərin qarşısında baş əyə bilərik. İlhamə xanıma çox təşəkkür edirəm ki, belə bir mövzu ortaya atdı ki, mahnı oxunarkən, icazə istənməlidir".

Bildirək ki, Brilliant Dadaşova "Yalvarıram" mahnısının ilk ifaçısı olmasa da, mahnının bəstələnməsində dəstəyi olduğunu açıqlayıb. Mahnının müzakirəsi zamanı iki xalq artisti arasında mübasibətləri düzəltmək üçün əməkdar artist Elza Seyidcahan da danışıb: “Mən dəfələrlə Brilliant xanımdan eşitmişəm ki, o, Nisə xanımın səsinin, oxunuşunun heyranıdır. O, bildirib ki, Nisə xanımın sənəti qarşısında baş əyir”. B. Dadaşova isə vurğulayıb ki, leksikonunda “baş əyirəm” sözü yoxdur.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər