Aktyoru Fərda Xudaverdiyev yeni “Oğlan evi” adlı filmə çəkilir.
Aktyor Teleqraf.com-a bildirib ki, film komediya janrındadır. O, qeyd edib ki, ekran əsəri dekabrın 1-dən kinoteatrlarda nümayiş olunacaq: “Film üç nəfərin başına gələn hadisələrdən bəhs edir və çox yüksək səviyyədə çəkilir. Rejissorlar xalqı düşünüb film çəksə, bu sahədə rəqabət də çox olacaq. Hamı bir-biri ilə “partnyorluq” etməyə başlayacaq və çalışacaq ki, öz işi daha yaxşı olsun. Rəqabət olduqca inkişafın şahidi olacağıq. Əlbəttə ki, komediya filmləri arasında rəqabət də var. Aktyorlarla nə qədər dostluq münasibətimiz olsa da, aramızda rəqabət yoxdur desəm, yalan olar. Hər kəs çəkildiyi filmin daha uğurlu olmasını istəyir”.
Rəqsanə