Gənc müğənni Səfa “Nağıl kimi” mahnısını təqdim etdi.
Teleqraf.com xəbər verir ki, ifaçı xalq artisti Yalçın Rzazadənin tələbəsidir. Gənc müğənninin ifa etdiyi mahnının sözləri Fərid Ağaya, musiqisi Kamala məxsusdur. Klipin rejissoru isə Elmir Süleymanovdur. Klip Türkiyədə çəkilib, yerli və türk telekanallarında yayımlanacaq. Ekran işində Türkiyə, Rusiya, Braziliya və Kubanın rəqs qrupları iştirak edib.
Şou-biznesə ilk addımlarını atan ifaçı bildirib ki, adı heç vaxt qalmaqalda hallanmayacaq: “Sənətimdə sözümü ancaq işimlə deyəcəm. Heç bir qalmaqalda iştirak etməyəcəm. Müğənni kimi ölkəmizdə tanınmaqla yanaşı dünya çapına da çıxmaq istəyirəm”.
Gənc ifaçıya dəstək olan bəstəkar Vüqar Camalzadə isə qeyd edib ki, Safa üçün yeni mahnı yazıb və o mahnıya klip Ukraynada çəkiləcək.
Rəqsanə