2 Oktyabr 2015 22:16
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Sevda Yahyayeva keçmiş prodüsseri Pərviz Əsgərovla yenidən iş birliyinə başlamaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, S. Yahyayeva 2010-2013-cü illərdə prodüser ilə işbirliyinə son qoymuşdu. Yenidən Sevda ilə işbirliyinə başlayan podüser Murad Ariflə də işləyir: “Murad və Sevda mənim yaxın dostlarımdır.Onların hər ikisi ilə çalışmaq zövq verməklə yanaşı, həm də məsuliyyət hissi verir. Mənim yenidən Sevda ilə çalışmağım Muradla olan işlərimə mane olmayacaq. Düşünürəm ki, hər ikisinin də öhdəsindən yetəri qədər gələ biləcəyəm.”

Qeyd edək ki, Pərviz Sevdanın Heydər Əliyev Sarayında baş tutan “Tut əlimdən”, “Yuxu” və Rafet El Romanla olan konsertlərinin təşkilatçısı olub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər