Aparıcı Hacı Nuran Hüseynov “Atv Maqazin” verilişinə açıqlama verib.
O, müalicəsi üçün xərclənən məbləğdən danışıb:
“Birdən-birə səhhətim pisləşdi. Azərbycanda müayinədən keçdim, cavabları Almaniyaya göndərdim. Təcili çağırdılar ki, yeni bədxassəli şiş yaranıb. Müalicəmə 200 mindən çox pul xərclənib. Dözülməzdir, bu dəfə on qat ağır kimyaterapiya etdilər. Dəhşətli ağrılar verir. Düşmənimə də arzulamıram ki, bunu yaşasın. Həkim otağıma girəndə özümdən asılı olmayaraq ağlamağa başlayıram. Bədənimə dəmir yerləşdirilib. Ordan iynələr vurulur. Onlar bədənimdəki yaxşı, pis hüceyrələri öldürür. Bədəndə bütün proseslər dəyişir. Hormonal dərmanlara görə kökəlmişəm. Məndə şəkər də tapıldı. Indi ondan da müalicə alıram”.
H.Nuran arzularını da dilə gətirib:
“Ən böyük arzum Azərbaycana qayıdım, dostlarımla bir olum. Quru çörək olsun, burda yaşayım. Vacib deyil ki, mən geri qayıdıb yenidən aparıcılıq edim. Gələndə təyyarədə bütün yolu ağlayırdım. İndi ilik transplantasiyası olunacaq. Yenidən bakıya qayıtmamaq ehtimalım da ola bilər. əməliyyata girməzdən əvvəl həkim kağıza qol çəkdirir. Birdən əməliyyatdan ayılmaya bilərəm”.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Hacı Nuran Almaniyada müalicə olunur./Axşam.az/