Hindistanlı gözəl aktrisa-model Ayşvariya Ray yeni filmə çəkilib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa kino karyerasında uzunmüddətli fasilədən sonra yeni layihə ilə geri qayıdıb. Ray “Qarşılıqlı cazibə” filmində baş rolda-qızı oğurlanmış ana obrazında çəkilib.
Ayşvariya açıqlamasında illər keçməsinə baxmayaraq, aktrisalıq qabiliyyətini itirmədiyini deyib:
“Keçmiş aktrisa” sözü yoxdur. Yeni filmimin çəkilişinin hər anından zövq aldım. İnanıram ki, tamaşaçıların da xoşuna gələcək”. Qeyd edək ki, filmin premyerası oktyabrın 9-da olacaq.
Qeyd edək ki, aktrisa 1994-cü ildə “Dünya gözəli” seçilib.
Rüstəm