11 Oktyabr 2015 18:21
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Cim Kerrinin intihar edən keçmiş sevgilisi Katriona Uayt İrlandiyada dəfn edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor özü də dəfn mərasimində iştirak edib. Cimin olduqca kədərli olması diqqətdən qaçmayıb. 28 yaşlı Katrionanın dəfnində Kappauayt şəhərinin minlərlə sakini də qatılıb. Cim Kerri keçmiş sevgilisinin ailə üzvlərini bir an olsun belə, tək qoymayıb.

Xatırladaq ki, Katriona sentyabrın 29-da Los-Ancelesdəki evində dərman içərək həyatına son qoymuşdu.


Müəllif: