"Filinta"nın "Padşah"ı Bülent Alkış rejissorun istəyi ilə qızının serialda çəkilməsinə razılıq verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyor 9 yaşlı qızı Durunun bacarığına heyran olduğunu deyib. O, serialda "Neslihan sultan" xarakterini canlandırıb.
B.Alkış qızı ilə qürur duyduğunu deyib:
"Durunun daxilində nə istedad varmış, bilməmişəm. Qırx illik aktrisalar kimi dəqiqliklə işləyir. Bütün yaradıcı heyət ondan çox razı qaldı. Əzbərləməyi də çox uğurludur. Həqiqətən, kamera qarşısında etdiklərinə inana bilmirəm. Çox xoşbəxtəm".