13 Oktyabr 2015 09:32
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyevanın səhhəti ilə bağlı yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, zəhərlənən müğənni artıq özünü yaxşı hiss edir və evə buraxılıb.

Bu haqda müğənninin prodüseri Mikayıl Hüseynov xəbər verib:


“Nazpəri xanımı sevən, xəstələnməsi xəbərindən narahat olanlara bildirmək istəyirəm ki, vəziyyəti çox yaxşıdır. Hər bir insanın başına gələ biləcək hadisədir. Hansısa bir dərmanı bilmədən qəbul edəndə, fəsad yaradır. Bunu şişirtmək lazım deyil. Nazpəri xanımın hər kəsə bol-bol salamı var”.

Qeyd edək ki, N.Dostəliyeva yuxu dərmanı atmış və zəhərlənmişdi. Halı pis olan ifaçı bir gün xəstəxanada qalıb.


Müəllif:

Oxşar xəbərlər