Xalq artisti Əlibaba Məmmədov uzun ömürlülüyünün və sağlam qalmasının sirrini açdı.
Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, neçə illərdir ki, dieta ilə yaşayır: “86 yaşım var və səhhətimi qrumaq üçün yeməyimə xüsusi fikir verirəm. Yaşlı adamam və çox yemək yemirəm. Allahın bizə verdiyi canı, əmanəti yaxşı saxlamalısan. Neçə illərdir ki, dieta ilə yaşayıram. 30-40 ildir ki, mədəmdə problemlər var. Toyuq, mal əti və təbii qidalarla qidalanıram. Qida rasionumda yağlı yeməklər yoxdur.
Heç kim bu problemlə və dieta ilə çox yaşaya bilməzdi, amma mən yaşaya bilirəm. Ən önəmlisi nəfsimi saxlaya bilirəm. Kaşki hər insan da nəfsini saxlaya bilərdi. Uzun ömürlülüyün və sağlamlığın səbəbi yalnız budur. Eləcə də axşam saat 7-dən sonra yemək yemirəm. Ümumiyyətlə, doyunca yemək yemək yaxşı hal deyil. Nə qədər sağlamlığım var, sənətimə, tələbələrimə xidmət edəcəm”.
Rəqsanə