23 yaşlı müğənni Selena Qomez cəsarətli açıqlama vermək qərarına gəlib.
"PrideSource" portalına müsahibəsində müğənni biseksual olması haqda hər kəsi təəccübləndirəcək cavablar verib:
"Keçən il özümə bu barədə sual verdim. Qərara gəldim ki, ekperiment eləməyin heç bir qorxusu yoxdur. Ona görə belə təcrübəm oldu... Amma Kara Delevinlə münasibətimiz haqda yayılan xəbərlər əsassızdır. Sadəcə Kara möhtəşəm olduğu üçün, bu şayiə xoşuma gəlirdi".
Xatırladaq ki, S.Qomez biseksual olduğunu etiraf etsə də, onun bu yaxınlarda həmkarı Castin Biberlə yenidən gündəmə gələcəyi bəllidir.
Qeyd edək ki, son zamanlar Kristen Styuart, Lili-Rouz Depp, Mayli Sayrus, Kara Delevin kimi məşhurlar da biseksual olduqlarını etiraf ediblər./axşam.az/