40 yaşlı amerikalı aktrisa Sofiya Verqara 12 il əvvəlki olaya görə qalmaqal obyekti olub.
O, 2003-cü ilin martın 25-də Devid Lettermanın "The Late Show" proqramına qatılmışdı. Proqramın digər qonağı aktyor Bill Kosbi idi.
Kosbi Verqaraya xitabən demişdi: "Kişilər sənə baxanda ağıllarına, sadəcə, günah gəlir. Əynindəki paltar əladır. Belə küçəyə çıxsan hamı sənə baxar. Məni vəcdə gətirirsən..."
"El Candela" radiostansiyası Twitter-dəki profilində bu videonu indi yayaraq yazıb: "Sofiya Verqara da Bill Kosbinin təcavüz qurbanlarından ola bilər".
Verqara sinirlənib və cavab yazıb: "Sarsaqlamayın! İnsanlara sayğı bəsləyin".
/Milli.az/