1 Dekabr 2015 14:31
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Sinan Özən Ədalət Şükürov və "Qala" qrupunun rəhbəri Ceyhun Əliyevin yeni bəstəsini oxuyacaq.

Bu barədə Teleqraf.com-a açıqlamasında C.Əliyev məlumat verib: “Sinan bəy Ədalət Şükürovun repertuarından bir mahnı səsləndirəcək. Eyni zamanda, onun üçün bəstələnəcək mahnını ifa edəcək. Daha bir bəstəni isə məndən istəyiblər. Mahnı yazılır. Bu gün bir çox mahnıların ömrü qısa olur. Yaxşı mahnı yazılmalıdır ki, sevilən olsun. Bizim hədəfimiz budur ki, dinləyiciyə ancaq yaxşı mahnı təqdim edək”.

Ceyhun Əliyev Sinan Özenlə əməkdaşlıq zamanı türkiyəli sənətçinin Bakıya səfərinin olacağını istisna etmədi. C.Əliyevin bəstələrini müğənnilərdən Röya, Günay İbrahimli, Sevda Yahyayeva, Ədalət Şükürov, Ayaz Qasımov və başqaları ifa edib.

Rəqsanə


Müəllif: