“Azərbaycanda toya getməyi tamamilə dayandırmışam”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib: “Məhərrəmlik ayından sonra da Azərbaycanda toya getməyəcəm. Pulu xarici ölkədən qazanıb, Azərbaycana yatırmaq istəyirəm. Başqaları kimi burda qazanıb, xarici ölkələrə aparmaq mənlik deyil. Biznesim yoxdur. Xarici ölkələrdə qanun çərçivəsində pul qazanıb, vergini ödəyib, sərmayəni Azərbaycana gətirəcəyik. Hazırda kursa gedib ingilis dilini öyrənirəm. İngilis, italyan və rus dilində mahnı oxuyacam. İngiltərədə, Amerikada toylara getmişəm. Amma xarici ölkədə hansı qiymətə toya gedəcəyimi müəyyənləşdirməmişəm. Orda dostlarım və prodüserlərim var, onlarla məsləhətləşəcəm”.
Rəqsanə