“Efirə bir iş görüb çıxmaq istəyirəm”.
Bu sözləri Teleqraf.com-a müğənni Sevda Yəhyayeva deyib: “Çox verilişlərə dəvət edirlər. Amma televiziyaya yeni mahnı ilə çıxmaq lazımdır. Boş-boşuna görünmək istəmirəm. Bir işlə ortaya çıxanda daha maraqlı olur. Onu da deyim ki, verilişlərə çıxarkən digər qonaqların kim olduğunu soruşuram. Bilmək istəyirəm ki, məndən başqa kimlər iştirak edir”.
Müğənni imicindəki dəyişikliyin də səbəbini açıqlayıb: “Jurnalın üz qabığına çəkilirdim. Həm də yeni klip çəkdirdim. İstədim ki, yeni mahnıda, və klipdə fərqli imicim olsun”.
Rəqsanə