26 Dekabr 2015 11:33
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi həmkarlarımın vergi məsələsinə görə problem yaşadığını bilirəm. Müğənnilər arasında ən qabaqcıl vergi ödəyicilərindən biriyəm. Bilirsiniz ki, bizim qazanc həddimizin ildə 120-200 min olduğunu deyirlər. Ancaq bu qədər məbləği qazanmaq üçün müğənnilər ildə ən azından 25 toya getməlidirlər. Hazırda isə heç kim yüksək məbləğdə toya getmir”.

Bunu Teleqraf.com-a Xalq artisti Faiq Ağayev deyib.

Sənətçi kişi həmkarlarının çox tanınmaması məsələsinə də münasibət bildirib: “Həmkarlarımdan kişi müğənniləri arasında tamaşaçıdan çəkinmə, qorxaqlıq var. "Qırmızı pencək geyinərəm nə deyərlər?" və s. kimi düşünürlər. Sənətdə nə deyərlər anlamı yoxdur. Məsələn, mən gündəlik həyatda başqa cür geyinirəm. Orada cəmiyyətin rəyini nəzərə alıram. Amma biz səhnədə inqilabçıyıq. Səhnədə nə qədər tamaşaçıdan çəkindinsə, bir o qədər maraqsız olursan”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər