Xalq artisti Faiq Ağayev “V element” verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, xalq artisti verilişdə maraqlı etiraflar edib:
“Hər zaman sənətimdə birinci olmağa çalışıram. Bunu da gizlətmirəm. Azərbaycanda üç müğənni konsertdən pul çıxarmağı bacarır. Onlardan birincisi də mənəm. Digərləri isə yalan deyirlər ki, mənim solo konsertimdə zal dolu idi. Sənin konsertinə 128 bilet satılmışdı. Mən o, müğənnin yerində olsaydım, indi sənətdə olmazdım”.
Faiq Ağayev aparıcının “Bəzi müğənnilər var, deyirlər ki, Faiq Ağayev harada iştirak edirsə, biz orada olmayacağıq. Bu sırada Brilliant Dadaşova da var” sualını da cavablandırıb: “Mən konsertə, toya gedirəm, onlar gəlmirlər. Amma məni heç kimin varlığı o qədər də narahat etmir. Mən fikirləşmirəm ki, orada filankəs var...Heç vaxt səhnədə şərt qoymamışam ki, filankəs oraya gəlməsin. Yəni ki, həyatımı, sənətimi onlara bağlamamışam”.
Xalq artisti xarakterindən də danışıb : “Mən ağlıma görə sevilirəm və silahım da ağlımdır. Ağılsız olsaydım, çoxdan başqa yerdə olardım”.
Rəqsanə