Xalq artisti Rəmişin qızıllarını oğurladığını dediyi dostu Rüfət Hüseynov “Bizimləsən” verilişinə qonaq olub.
Axşam.az-ın məlumatına görə, R.Hüseynov məsələyə aydınlıq gətirib.
O, evinə oğru girdiyini və qızılların oğurlandığını təsdiqləyib: “Rəmiş müəllimin sənətinin vurğunuyam. 9 ildə bütün bayramlarda bu insan bizim evdə olub. Mənim üzümə necə baxacaq? Rəmiş müəllim İrana gedirdi, maşını bizim həyətə qoydular. Allah bilir ki, mən yalan danışmıram. Mənə 8 ədəd gümüş üzük verdi, 9 ədəd 1 dollar, bir dənə 2 dollar verdi. Evimə oğru girməsini bütün Lənkəran bilir. Gülü xanım zəng vurdu ki, evə qayıdırıq, sizdəkilərin mahiyyəti bir şey deyil, sonra götürərik. Mənim oğlum doğulacaqdı, İrana getdik. Qayıdanda gördüm ki, evimə oğru girib. Polis çağırdıq, evimdən özümə aid 200 manatlıq əşyam getmişdi. Gülü evimizdə oldu, 3 gün qaldı. Mənə bir kəlmə demədi ki, 4 minimi ver. Hətta dedi ki, bir də dilinə gətirsən, sənə qardaş demərəm. Bir müddət keçəndən sonra dedi ki, 4 min ziyan dəyib, qaytar. Mən də dedim ki, Gülü, başım qarışıqdır, sonra danışarıq. Rəmiş mənə qayıtdı ki, qardaş evinə qoçla gələcəm. Oğrular tutulub, götürdüklərini qaytaracaqlarını dedilər".
Qeyd edək ki, Rəmiş və xanımı Gülü dostlarının bir ovuc brilyantlarını oğurladığını iddia etmişdilər.