Əməkdar artist Gülbahar Şükürlünün ağır xəstəliyə tutulması haqqında şayiə yayılıb.
Teleqraf.com xəbər verir ki, əməkdar artist “Atv maqazin onlarla” verilişində səhhətində problem olmadığını deyib: “Bu həyatda insan heç nədən sığortalanmayıb. Bu aralar özümü yaxşı hiss etmirdim. Bir jurnalist zəng etdi ki, sizdən müsahibə götürmək istəyirəm. Dedim özümü yaxşı hiss etmirəm. Ondan bir saat sonra telefonuma çoxlu zənglər gəldi. Səhhətimdə heç bir problem yoxdur. Yaxın günlərdə Amerikaya getməyə hazırlaşıram. Toya dəvət almışam”.
Rəqsanə