15 Fevral 2016 20:23
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan “Həyat tərzi” verilişinin qonağı olarkən İlhamə Quliyeva canlı efirə zəng edib.

Teleqraf.com xəbər verir ki, xalq artisti Röyaya dəstək olub: “Röyanın səs tembrindən heç bir müğənnidə yoxdur. Mən onu tərifləyirəm. Təriflədiyim insanlar həmişə həddini aşıblar, amma Röya elə deyil. O, mənim canımdır. Səni istəməyənlərin gözü çıxsın. Əməkdar artist adına layiq görüldüyün üçün sənə hədiyyəm var. Onu açıqlasam, bəzilərinin ürəyi partlayar. Amma Röyanın ən böyük hədiyyəsi balasıdır. Əməkdar artist adı SSRİ xalq artisti səviyyəsindədir. Onun səsinin tembri heç kimdə yoxdur. Hamı pişik kimi mızıldayır”.

R.Ayxan da xalq artistinə təşəkkürünü bildirib: “Bu insan ilk gündən mənə dəstək olub”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər