16 Fevral 2016 11:27
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz gələcəyimiz üçün işləyirik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri 5/5 verilişində türkiyəli müğənni Doğuş deyib: “Seriallara çəkilməyə başlayacam. Övladlarımız olacaq. Uşaqlarımıza görə işləmək məcburiyyətindəyik. Övladlarımın birinin adını Arda qoyacağıq. Digərinin adını isə Azərbaycan adı qoymağı düşünürük”.

Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızının onu heç zaman qısqanmadığını bildirib: “Həyat yoldaşım məni qısqanmır. Çünki güvəni və hörməti var”.

Müğənni ulduz həyatı yaşamadığını da vurğulayıb: “Ulduzluğumu səhnədə yaşayıram. Amma təbii ki, həyatda da diqqətli olmaq lazımdır. Film və başqa yerlərə gedən zaman kepkadan, eynəkdən istifadə edirəm”.

O, xalq artisti Alim Qasımovla duet oxuyacağını da əlavə edib: “Mahnının söz və musiqisi mənə aiddir. İfa türk dilində olacaq. Alim müəllimin çox gözəl səsi var”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər