Müğənni Elnur Məmmədov həmkarı Natavan Həbibi ilə küsülü olmasından danışıb.
Teleqraf.com xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində Natavanın onunla duet oxumaqdan imtina etməsindən danışıb: “Hər ikimizi toya dəvət etdilər. Toy sahibinə dedim ki, birinci mən, sonra Natavan oxuyacaq. Məclisinə getdim və gördüm ki, toy sahibi təlaşlıdır. Bunun səbəbini soruşdum. Dedi ki, Natavan sizinlə duet oxumaqdan imtina edib. Ona görə də bu qızla duet ifa etmirəm. Hazırda barışmışıq”.
N.Həbibi isə deyib ki, barışmaq üçün ilk addımı Elnur atıb: “Hərdən çox pis dalaşırıq. Barışmaq üçün də ilk addımı Elnur atır. Bir dəfə Elnurdan incimişdim”.
Rəqsanə