25 Fevral 2016 14:26
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan küsülü olduğu xalq artisti İlhamə Quliyevanın vəfatı ilə bağlı fikirlərini bölüşüb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni yas mərasiminə gedəcəyini bildirib:

“Sağ vaxtında ondan çox haqsızlıq gördüm. Ondan heç bir təmənnam, asılacağım olmayıb. Amma həmişə hörmətin saxlayıb, kiçikliyimi etmişəm. Aldığım tərbiyə məni ona hörmət qoymağa sövq edib. Bu gün də kiçiklik borcumu yerinə yetirəcəm. Onu son mənzilə yola salmağa gedəcəm. Bir müddət əvvəl şeir yazmışdım: “Elə et ki, öləndə qəbrinin üstünə gələn olsun”. Bu gün o şeiri xatırladım”.


Müəllif:

Oxşar xəbərlər