Dünya şöhrətli müğənni Uitni Hyustonlda Bobbi Braunun qızı Kristina Braunun ölüm səbəbi açıqlanıb.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, tibbi ekspertizanın həkimi, məhkəmənin icazəsi olmasa da, KİV-ə açıqlamasında 22 yaşlı qızın ölümünün pnevmaniya , başqa sözlə, beyinin ciddi zədələnməsindən baş verdiyini deyib. Kristina hamamda yıxılıb başını yerə vuran zaman narkotikin təsirində olubmuş:
“Tibbi sənədlərdə göstərildiyi kimi, qızın bədənində marixuana, alkoqol, kokain, morfin və digər dərman vasitələrinə rast gəlinib”.
Bu isə K.Braunun ölümündə şübhəli şəxs kimi təqsirləndirilən sevgilisi Nik Qordon üçün xoş xəbər deməkdir.
Belə ki, Kristinanın qohumları Niki onun ölümündə günahlandırır və cinayətini ört-basdır etməyə çalışdığını iddia edirdilər. İddia təsdiqini taparsa N.Qordon Kristinanın qohumlarına 9 milyon dollar təzminat da ödəyəcək.