Məşhur teleaparıcı İradə İsaq ATV-dəki fəaliyyətinə son qoyub.
O, Teleqraf.com-a ATV-də yayımı gözlənilən “Telejurnal: Səbəbkar” verilişinin efirə getməməsinin səbəbini belə açıqlayıb: “Bu hadisə bütün kanallarda baş verir. Hətta futbolçular da transfer olunurlar, daha yaxşı təklifi qəbul edirlər. ATV kanalı ilə heç bir problemim yoxdur. Mənim üçün “Tez-tez” verilişi daha maraqlı idi. 4 il ANS-də, 4 il də ATV-də işləmişəm. Hər iki kanal mənim üçün doğmalaşmışdı. ANS-də həftə içi beş gün canlı proqram aparacam”.
İ.İsaq “Düz üzünə”, “Səbəbkar” və s.verilişlərə aparıcılıq edib.
Rəqsanə