15 Mart 2016 10:48
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşid Behbudov adına Mahnı Teatrında Banu Rəqs Məktəbinin "Novruz sevincləri" adlı konserti baş tutub.

Konsert haqqında təəssüratlarını Teleqraf.com-a bölüşən rəqqasə Fatimə Fətəliyeva ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə konsert proqramı ilə çıxış etdiyini deyib: "Tələbələrimlə ikinci dəfə konsert proqramı ilə çıxış etdik. Konsert tələbələrimin hesabatı xarakteri daşıyır. Bir ildə ərzində qurduğumuz rəqsləri tamaşaçılarımıza təqdim etdik. Keçən ilki konsertimizlə müqayisədə bu konsertdə tələbələrim daha məsuliyyətlə çıxış etdilər. Rəqs məktəbinə müraciət edənlərin də sayı çoxalıb.

İnanırsınız ki, artıq müəllimə kimi fəaliyyətimi çatdıra bilmirəm. Mən təkəm, onlar çox".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər