Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya edilib.
Xalq artistinin oğlunun Teleqraf.com-a açıqlamasına görə, aktyorun ikinci ayağı bu gün amputasiya olunub: “Muxtar müəllimin sağ ayağı da amputasiya oldu. Qan dövranı yaxşı deyildi və həkimlər belə məsləhət gördülər. Hazırda reanimasiyadadır və yanına heç kim buraxılmır. Həkimlər də konkret bir şey demirlər. İnşallah, yaxşı olar”.
Bir müddət əvvəl xalq artistinin sol ayağı da amputasiya edilmişdi.
Rəqsanə