19 Mart 2016 11:19
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva və müğənni Xatun Əliyeva küsülülüyə son qoyublar. Məşhurlar arasında incikliyə səbəb müğənninin rəqqasəni parodiya etməsi olub.

X.Əliyeva Teleqraf.com-a açıqlamasında deyib ki, artıq rəqqasə ilə münasibətləri yaxşıdır: “Fatimə ilə münasibətimizdə problem olmasını istəmərəm. Hər zaman onun rəqslərinə fikir vermişəm və oynayanda onun rəqsləridən istifadə etmişəm.

Verilişdə bayram çəkilişi idi və özümdən asılı olmayaraq Fatiməni parodiya etdim. Qərəzli deyildi. Məndən inciməsinə inanmıram və Allah etməsin ki, düşmən olaq. Onu da demək istəyirəm ki, bəzi şou nümayəndələri parodiyaya görə mənimlə düşmənçilik etməsinlər”.

Fatimə Fətəliyeva isə parodiyaya görə Xatundan incidiyini gizlətməyib: “Parodiyaya görə incimişdim. Aravuran insanlar var. İllər əvvəl bir dəfə küsülü olmuşuq və onda günahkar mən idim. Hazırda münasibətimizdə heç bir problem yoxdur. Efirlərdə görəndə görüşürük. Oğlum Xatunun “Qaynana” mahnısı əzbər oxuyur. Mən xaraktercə tez inciyən insanam. Xatunun məni parodiya etməsinə çox pis oldmuşdum”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər