ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabla bağlı yeni iddialar ortaya çıxıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Zərrab İrandakı amerikalı məhkumlarla dəyişdirilə bilər.
Artıq bununla bağlı danışıqlara başlanıb. Məsələ ilə bağlı İran rəsmiləri hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, 33 yaşlı milyarder bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.
Samir