26 Aprel 2016 08:52
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telefon oğurluğunda ittiham olunan tanınmış model Ebru Şancı bəraət alıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru Şancı məhkəmə ifadəsində telefonun onun maşınına düşdüyünü bildirib: “Mobil telefon maşınıma düşüb. Qardaşım da telefonun mənə aid olduğunu zənnn edərək istifadə edib. Onun elə xasiyyətləri yoxdur, amma məsuliyyətsizdir. Mən yenə də telefonun əvəzini qarşı tərəfə ödədim. Oğurluq suçlamasını qəbul etmirəm”.

Qeyd edək ki, Ebru Şancının prodüseri Gökhan Beder mobil telefonunu tapa bilmədiyinə görə prokurorluğa şikayət edib. İstintaq nəticəsində mobil telefonun Ebru Şancıya aid xəttdə istifadə edildiyi ortaya çıxıb. Ondan sonra telefonun sahibi Beder şikayətini geri götürüb.

Rəqsanə


Müəllif: