Teleaparıcı Lətafət Ələkbərli şəxsi həyatı haqqında danışıb.
Aparıcı Teleqraf.com-a bildirib ki, keçmiş həyat yoldaşı ilə münasibəti yoxdur və heç vaxt onunla bir araya gələ bilməz: “Bir insana ikinci dəfə şans vermirəm. İnsana şans bir dəfə verilir. Oğlumun atası ilə heç bir əlaqəmiz yoxdur. Övladım da artıq atasını istəmir. Oğlum da, mən də onu istəmirik. Hətta bu il ailə həyatı qurmağı düşünürəm. İstəyirəm ki, ailəm, ikinci övladım olsun”.
Qeyd edək ki, teleaparıcı Nicat Cəfərov adlı şəxslə ailə qurmuşdu.
Rəqsanə