Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynov Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Teatrın mətbuat katibi Cavid Zeynallı Teleqraf.com-a açıqlamasında bildirib ki, hazırda aktyorun vəziyyəti qənaətbəxşdir: “Tofiq Hüseynovun səhhətində qorxulu hal yoxdur, əməliyyat uğurla keçib. Hazırda Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində həkim nəzarəti altındadır. Əməkdar artist sabah palataya köçürüləcək.
Tofiq Hüseynovun səhhəti Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində və nəzarətindədir”.
Tofiq Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.
Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. 2009-cu ildə əməkdar artisti fəxri adı alıb.
Nərmin