11 May 2016 14:06
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam “Eurovision 2016” müsabiqəsində təmsilçimiz Səmra Rəhimlinin video çarxı haqqında danışıb.


Teleqraf.com xəbər verir ki, sənətçi Səmra Rəhimlinin rolikində milli adətlərimizin olmamasına görə təəssüflənib: “Çox istərdim ki, Səmra qızımız ifasının əvvəlində dəniz kənarı və bəzi məkanlarımızın görüntülərini, tar, kaman, milli geyim, təndir çörəyimiz, somavar çayımız, xalçamız və milli adətlərimizlə bağlı rolik hazırladardı. Çox heyif... Bu işlə məşğul olmaq vacib idi. Mən şəxsən ermənilərin ifadan əvvəlki rolikində yuxa yaymaqlarını görüb çox əsəbləşdim. Axı niyə biz olanlarımızı gizlədirik? Buna mane olan kimdir? Bəlkə içimizdən kimlərsə var, yavaş-yavaş bizi içəridən yeyir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər