Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Fatma Əliyeva mətbuata şok açıqlamalar verib.
O, xalq artistinin ölümündən əvvəl mirasını oğlu Orxan Nadirova deyil, dayısı oğlu Eldar İsmayılovun adına keçirmək istədiyini qeyd edib.
Bu iddialara İlhamə Quliyevanın qohumu Sədaqət Teleqraf.com vasitəsilə münasibət bildirib: “Dövlətimizin qanunları var, məhkəmə olacaq. O zaman mirasın kimə çatacağı məlum olacaq. Eldar İsmayılov, Əli Mirəliyev, Lalə xanım da qohumumdur. Mən heç kimə tərəf danışa bilmərəm. Məhkəmə qərarına əsasən, miras kimə veriləcəksə, deyəcəyik ki, halal xoşun olsun. İlhamə özü hallalıq verməyibsə, onsuz da heç kim mirasdan hallalıq görməyəcək”.
Rəqsanə