Türkiyənin məşhur müğənnisi İzzet Yıldızhan İbrahim Tatlısesin musiqi karyerası haqqında açıqlama verib.
BAKU.WS-in məlumatına görə, Yıldızhan İbrahim Tatlısesin artıq mahnı oxuya bilməyəcəyini bildirib: "Məncə artıq mahnı oxumayacaq. Musiqiçilər və həkimlər bu mövzunu çox yaxşı bilir".
İbrahim Tatlısesin musiqi sektorunun lokomotivi olaraq gördüyünü ifadə edən məşhur müğənni bunları söyləyib: "İbrahim Tatlıses bizim sektorda lokomotifdi. Bütün sektor onunla bəslənirdi. Aramızda çox çox rəqabət var idi, indi qalmadı. Başına belə bir şey gəlməsinə çox kədərləndim. Bizə şövq verirdi. İnşallah albom ilə dönər və oxuyar. Sevənləri onu gözləyir. Biz də xoşbəxt olarıq. İbrahim Tatlıses bir əfsanədir".