6 İyun 2016 16:33
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayatqızının Bakıya gələcəyini deyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Doğuş Xoşqədəm Hidayatqızının Azərbaycan telekanalında fəaliyyətini davam etdirəcəyini deyib: “Xoşqədəm xanım sentyabrda verilşinin yeni mövsüm çəkilişləri üçün Bakıya gedəcək. Uşaqları tək qoymaq istəmir, amma digər tərəfdən də ölkəsindəki televiziya və jurnalistika kariyerasına davam etmək istəyir. Əkizləri də Azərbaycana aparacaq, amma onlara yetəri qədər vaxt ayıra bilməməsinə görə narahat olur. Deyir ki, hər şey uşaqlarımızın gələcəyi üçündür”.

Xoşqədəm Hidayatqızı isə əkzilərindən birini futbolçu, digərini isə siyasətçi görmək istədiyini deyib.

Qeyd edək ki, Xoşqədəm Hidayatqızı bir müddət əvvəl ANS-də “Deməsək olmaz” verilişinin aparcısı idi.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər