Teleqraf.com-un info.sibnet.ru-ya istinadən xəbərinə görə, həmin obyektin yadplanetlilərin qəzaya uğramış hava gəmisi olduğu bildirilir.
Qeyd edək ki, foto 2017-ci ilin martında çəkilib. Fotoda səhranın ortasında atılıb qalmış metal obyekt aydın görünür.
Ufoloqlar hesab edir ki, NASA yadplanetlilərin mövcud olduğu barədə dəqiq sübutalara malikdir. Lakin onlar Yer sakinlərini təşvişə salmamaq üçün bu məlumatı gizlədirlər. Lakin bu foto Marsdan görüntülər arxivində dərc olunub.
Bəzi tədqiqatçılar isə daha da irəli gedərək bu fotonun hələ 2005-ci ildə Opportuni aparatı tərəfindən çəkildiyini iddia edilər. Onların fikrincə, təsvirdəki obyekt Yerdən Marsa uçan kosmik gəminin istilik izolyasiyasıdır və istifadə edildikdən sonra atılıb.