Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çuxurovada güclü istilər gündəlik həyatla yanaşı, tarladakı məhsula da zərər verə bilir.
Bu səbəbdən bostandakı qarpızları günəşin alovlarından mühafizə eləmək üçün onları bir-bir qəzetə bükürlər.
Bu ara, qarpız seçərkən sınaqdan çıxmış üsulları da sadalamaq yaxşı olardı.
Yetişmiş qarpızın saplağı və onun yanındakı bığcığı quruyur, naxışlar tam aydın görünür, barmaqla vurarkən küt səs verir, səthi parlaq olur, sıxarkən xışıltıya bənzər səs eşidilir. Əlbəttə, çox bərk sıxmaq qarpızın xarab olması ilə nəticələnə bilər. Ümumiyyətlə, təcrübəli bostançı, yaxud alıcı qarpızın yetişib-yetişmədiyini ona ilk baxışda müəyyən edir.
Qarpız çox şəkərli, şirəli, sərinləşdirici məhsuldur, aclığı və susuzluğu aradan qaldırır. Onun tərkibində 8-12 faiz şəkər var. 10-15 kiloqramlıq qarpızda 1-1,5 kiloqram təmiz şəkər olur.
Məhsulun böyük müalicəvi əhəmiyyəti var. Orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır.
Qarpızı nisbi rütubətliyi 60-80 faiz, temperaturu isə 2-30 dərəcə olan yerdə saxlamaq lazımdır. Hər gün yoxlanılmalı və azacıq zədələnmə olarsa, yeyilməməlidir. Növündən asılı olaraq, qarpızı 3-6 aya kimi saxlamaq mümkündür.