Polşanın müdafiə naziri Antoni Maçereviçin olduğu hərbi avtomobil palçığa batıb.
Teleqraf.com xəbər verir ki, insident Çersk Pomorsk rayonunda baş verib. Nazir yerli sakinlərlə birgə avtomobilin palçıqdan çıxarılmasında iştirak edib. Onunla birlikdə sözügedən rayona baş nazir Beato Şidlo da gəlib.
Sözügedən rayonda avqustun 12-dən etibarən yağan leysan yağışları nəticəsində 4 nəfər həlak olub, yarım milyon insan elektrik enerjisiz qalıb. Nazir və baş nazir təbii fəlakətin nəticlərinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmaq üçün regiona gəliblər.