İstanbulun Piyalepaşa məhəlləsindəki bazarda Qurban bayramı münasibətilə qeyri-adi kampaniya keçirilib.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan şəxs bazarda satılan məhsulların pulunu ödəyərək onları alıcılara pulsuz vermələrini satıcılardan xahiş edib.
Kampaniya cəmi iki saat davam edib. İki saatdan sonra bazarda məhsul qalmayıb.