6 Sentyabr 2017 08:35
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Huawei” şirkəti “Kirin 970” adlı qabaqcıl prosessorunu təqdim edib. Bu, daxili neyron prosessora (Neural Processing Unit, NPU) malik ilk mobil prosessordur.

Bu komponent qurğuları süni intellekt, həmçinin real vaxt rejimində obyekt və danışığın tanınması kimi imkanlarla təmin edir.

Teleqraf.com "ICTnews”a istinadən xəbər verir ki, “Kirin 970” prosessoru “TSMC”-nin müəssisəsində 10 nanometrlik texnoloji proses üzrə hazırlanıb.

60 kadr/san sürətli 4K təsvir ölçülü videonun dekodlaşdırılması və 30 kadr/san sürətli 4K videonun kodlaşdırılması imkanı nəzərdə tutulub. “Huawei” şirkətinin nümayəndəsi bildirib ki, yeni həll mobil telefonların avtonom iş vaxtını 50%-dək artırır.

“Kirin 970” prosessorunun idarəetməsi altında işləyən ilk smartfonlar “Huawei Mate 10” və “Mate 10 Pro” olacaq. “Huawei” şirkətinin istehlak bölməsinin rəhbəri Riçard Yu deyib ki, “Kirin 970” prosessoru ilə işləyən telefonlar “iPhone 8”-dən daha sürətli olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər