NBC telekanalında Nyus 4 xəbərlər proqramının aparıcısı Natali Paskarellanın canlı efir zamanı doğuşu başlayıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, jurnalistə Tvitterin yeni xidməti - mesajlarda simvolların 140-dan 280-ə qədər artırılması barədə sual veriblər. Suala cavab verməzdən əvvəl Paskarella qəribə şəkildə gülümsəyib. Onun studiyada olan həmkarları isə heç nədən şübhələnməyiblər. Ancaq hamiləliyinin 8-ci ayında olan Paskarellanın həqiqətən də doğuşu başlayıb.
Aparıcı xəbərlər buraxılışını başa çatdıran kimi həmkarları onu doğum evinə aparıb. Klinikada onu əri qarşılayıb. Cütlüyün oğlu olub.