Hollandiyanın Drent Muzeyində eksponat kimi saxlanılan Budda heykəlinin kompüterlə tomoqrafiyası zamanı heykəlin içində bir keşişin mumiyasının olduğu bəlli olub.
Teleqraf.com xəbər verir ki, muzey Hollandiyanın Assen şəhərində yerləşir. Buddanın heykəli isə XI-XII əsrə aiddir. Heykəlin içində bardaş quraraq oturan bir mumyanın olduğu ortaya çıxıb. Mumyalamamışdan öncə orqanları çıxarılan keşişin bədəninə çin dilində yazılmış kağızlar qoyulub.